Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Əmanətlərin Sığortalanması Fondu ilə bağlı YENİLİK
Əmanətlərin Sığortalanması Fondunun illik hesabatı və audit rəyinin təqdim ediləcəyi subyekt dəyişdirilir.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik təklif edilir.
Qanunun 19.5-ci maddəsinə əsasən, Fond illik hesabatını və audit rəyini Azərbaycan Prezidentinə, maliyyə bazarlarına nəzarət edən orqana və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim edir.
Həmin maddəyə təklif edilən dəyişikliyə əsasən, Fond illik hesabatını və audit rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma, maliyyə bazarlarına nəzarət edən struktura və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim etməlidir.
Qeyd edək ki, qanuna görə Fondun hesabat ili yanvarın 1-dən dekabrın 31-i tarixinədək olan dövrü əhatə edir.
Fondun illik hesabatı növbəti ilin mart ayının 1-dək tərtib edilir və bir ay müddətində Himayəçilik Şurası tərəfindən baxılır və təsdiq olunur.
Qanun layihəsi Milli Məclisin mayın 19-da keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Kəlbəcərin azad edilməsi Azərbaycanın siyasi və diplomatik qələbəsidir
- Zahid Oruc: "Sərhədlərin açılması ilə bağlı əhalimizlə açıq danışmalıyıq"
- Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ - SƏBƏB
- İcbari tibbi sığorta fondunun gələnilki büdcəsi üç milyard manat olacaq
- Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb