Orta aylıq əmək pensiyası 5 faizə qədər artacaq.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.
Nazir bildirib ki, yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda orta aylıq əmək pensiyası 222 manat, yaşa görə pensiya 240 manat olub:
“Üçfaizli indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya 229 manata, yaşa görə orta aylıq pensiya 250 manata qalxacaq”.
Onun sözlərinə görə, əmək pensiyasının minimum məbləğinin 160 manata qaldırılmasından sonra bu rəqəm dəyişə bilər:
“Dövlət Statistika Komitəsinin üç faizli artım göstəricisi ilkin nəticədir. Lakin Dövlət Statistika Komitəsi iyun ayında yekun rəqəmi verəcək. O zaman bu rəqəm dəyişə bilər. Ancaq gözləntimiz odur ki, orta aylıq əmək pensiyası 5 faizə qədər artacaq”.
14:12
Əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq.
Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub:
“Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq, nəticədə, 233 min nəfərin pensiyasında artım olacaq”.
Əmək pensiyaları artırılacaq - YENİLƏNİB
İlhamə Əbülfət