Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Emre Özer: “Azərbaycan” İES-də tikinti işləri sürətləndirilib”
“Müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər müəyyən olunan zamandan, qrafikdən daha tez aparılır. Ümid edirik ki, fəaliyyət layihə başa çatdırılana qədər bütün mərhələlər eyni sürət və keyfiyyətdə davam etdiriləcək”.
Oxu.Az xəbər verir ki, bunu “AzərEnerji” ASC-nin Mingəçevir şəhərində təşkil etdiyi mediaturda mətbuat nümayəndələrinə açıqlama verən İtaliyanın AFRY şirkətinin sahə meneceri Emre Özer deyib. O qeyd edib ki, Azərbaycanda Avropa və beynəlxalq standartlara uyğun elektrik stansiyası inşa ediləcək:
“Biz isə stansiyanın tikintisində rol oynamaqdan xoşbəxtik.
Hazırda əsas infrastruktur işləri 90-95 faiz yekunlaşıb. Üst tikililər və mexanizmlərin əksəriyyətinin təməli qoyulub. Yaxın zamanda birinci turbinin montaj işlərinə başlanacaq. Bundan sonra isə qazanların quraşdırılması həyata keçiriləcək. Bununla da, layihənin 2024-cü ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub”.
O, həmçinin qeyd edib ki, hazırda sahədə 250-ə yaxın əməkdaş çalışır. Amma turbin və qazanların quraşdırılması işlərinə 1000-dən çox işçi cəlb olunacaq.
Aysel Aslan
"İtaliya" teqi üzrə xəbərlər
- Məşhur İtaliya brendi "Qazprom"un idarəçiliyindən çıxarıldı
- Axırıncı dəfə məzuniyyətə 67 il əvvəl çıxan 100 yaşlı barista qadın
- İtaliyada tamamilə süni intellekt tərəfindən yazılan qəzet buraxılıb
- İtaliyada leysan yağışları: Florensiyanı su basdı
- Xarici işlər naziri: "Azərbaycan-İtaliya Universitetinin yeni kampusu tikiləcək"