Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.6900 AZN, ən sərfəli satış məzənnəsi isə 1,6930 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “Gunay Bank” və “Kapital Bank”dadır. Bu bankda dolların alışı 1,6900 AZN təşkil edir. Sərfəli satış isə “Dəmirbank”da aparılır. Bankda dolların məzənnəsi 1,693 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Amrahbank”, “Bank Silk Way”də həyata keçirilir. Avronun alış məzənnəsi hər iki bankda 1,900 AZN-dir. Avro bölgəsinin valyutasının satışı isə ən sərfəli “Turanbank”dadır - 1,9175.

L.Ə.