Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.6910 AZN, ən sərfəli satış məzənnəsi isə 1,6920 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “Günay Bank” və “Kapital Bank”dadır. Bu banklarda dolların alışı 1,6910 AZN təşkil edir. Sərfəli satış isə “TuranBank”da aparılır. Bankda dolların məzənnəsi 1,693 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Günay Bank”da həyata keçirilir. Avronun alış məzənnəsi bu bankda 1,8950 AZN-dir. Avro bölgəsinin valyutasının satışı isə ən sərfəli “Nikoil Bank”dadır - 1,9080.

L.Ə.