“Joxovurd” erməni qəzeti diplomatik mənbələrə istinadən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün iyul ayının sonunda Parisdə baş tutacağı barədə informasiya yayıb.
Oxu.Az bu barədə haqqın.az-a istinadən xəbər verir.
ABŞ-ın Dövlət Departamentinin mətbuat katibi Cen Psaki dünən Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunub və bu yaxınlarda prezident İlham Əliyev və Serj Sarkisyanın görüşünün baş tuta biləcəyini söyləyib.
“Biz ümid edirik ki, Ermənistan və Azərbaycan prezidentləri Fransa prezidenti Fransua Ollandın Parisdə sammitin keçirilməsinə və sülh sazişinə gətirib çıxaran konstruktiv danışıqlar keçirmək üçün dəvətini mümkün qədər tez qəbul edəcəklər”, - Psaki deyib.
“Amma bizim diplomatik mənbələrimiz xəbər verib ki, həm Əliyev, həm də Sarkisyan ciddi hazırlıq işləri aparırlar və ola bilər ki, onlar iyulun sonunda görüşsünlər”, - qəzet yazıb.