Sentyabrın 6-sı Bakıda Yaşıl Teatrda Ukraynanın əfsanəvi “Okean Elzı” qrupunun çıxışı gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə CityLife saytında bildirilib.
Qrup dəfələrlə həm publika, həm də tənqidçilər tərəfindən MDB, Şərqi Avropada ən yaxşı rok qrupu və ən yaxşı live-qrup kimi tanınıb. Bu ekspressiv, slavyan melodikliyi ilə güclü rokun unikal ahəngidir.
Qrupun plastinkaları həmişə rezonans doğuraraq səs-küyə səbəb olur. Əsas şərtin canlı səs olduğu solo konsertlər hər zaman böyük marağa səbəb olur.
Konsertin təşkilatçısı TERRA-dır.
İnformasiya dəstəyi 107.7 “AvtoFM” radiosudur.