Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycana vurulmuş zərərin ilkin məbləği açıqlanıb.
Beynəlxalq reytinq agentlikləri ilə aparılmış birgə tədqiqatlar nəticəsində Ermənistanın işğalçı siyasətinin Azərbaycana vurduğu zərərin miqdarı 300 milyard dollardan qiymətləndirilib və bu məbləğ artmaqdadır.
Trend xəbər verir ki, bub arədə jurnalistlərə cümə günü baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov bildirib.
Onun sözlərinə görə, əvvəllər Ermənistanın vurduğu zərər 60-70 milyard dollar qiymətləndirilirdi.
“Lakin Milli Məclisin üzvü Xanhüseyn Kazımlı vurulmuş zərəri beynəlxalq reytinq təşkilatlarını cəlb etməklə birgə hesablamağı təklif etdi. Ölkə başçısı bununla bağlı tapşırıq verdikdən sonra məsələni öyrəndik. Bir sıra tədbirlər görüldü və bu proses davam edir” – deyə, Həsənov qeyd edib.