2017-ci ilin may ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 6544 sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan (İSB) Oxu.Az-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 384 470 manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 4059-u yaşayış evləri və mənzillər, 49-u inzibati binalar, 2436-ı isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 1.98%, sığorta haqlarının məbləğində 43.66% artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 236, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 4 sığorta müqaviləsi bağlanılıb.
L.Ə.
www.oxu.az