“Expressbank”da daha bir peşəkarın təyinatı baş verib.
Roma Əliyev Ödəniş sistemlərinin idarəedilməsi departamentinə direktor təyin edilib.
Roma Əliyevin bank sahəsində 20 ildən artıq təcrübəsi var. O, 2011-ci ildən “Bank BTB”də Əməliyyat Departamentinin direktoru vəzifəsində çalışıb.
Daha öncə isə “Bank Standard”da 13 illik fəaliyyəti zamanı o, Əməliyyat Departamentinin Plastik kartlar şöbəsinin müdiri olub.