Bu gün “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında Gəncə istehsalı olan 100 ədəd “Belarus” tipli traktor fermerlərə təqdim olunub.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Bu gün texnikaların alınmasında müraciətlər online rejimində həyata keçirilir, ötən il 1085 ədəd traktor güzəştli şərtlərlə fermerlərə verilib, bu il də ilkin müqavilə əsasında 600 ədəd traktorun verilməsi nəzərdə tutulur”- deyə, Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.