2015-ci il martın 1-nə olan məlumata görə, fevralda ölkə üzrə cəmi 4 bankomat quraşdırılıb.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan (MB) məlumat verilib.
Belə ki, 2015-ci il fevral ayında 2622 ədəd bankomat quraşdırılmışdısa, cari ilin əvvəlində isə bu göstərici 2618 ədəd idi. Bu da 0.5 %-lik artım deməkdir.
MB –nın məlumatına görə, martın 1-nə Bakıda Bakıda 1477 (artım 0,4%), regionlarda 1145 ədəd bankomat (artım 0,7%) quraşdırılıb.
2015-ci ilin iki ayında ölkə üzrə ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında 5,5 % artaraq, 77 041 ədədə çatıb.
Bununla yanaşı, Bakıda 50 387 ədəd (artım 0,7%), regionlarda 26 654 ədəd (artım 16%) pos-terminal mövcuddur.
Qeyd edək ki, pərakəndə ticarət obyektlərində 75 816 ədəd pos-terminal və ya bütün pos-terminalların 98,4%-i quraşdırılıb.
Ülviyyə R. Əli
www.oxu.az