“Fitch Ratings” Azərbaycan banklarının zərərlərin örtülməsi üçün imkanları məhdud olduğunu bəyan edib, Oxu.Az təşkilatın hesabatına istinadən xəbər verir.
Neft ixracına əsaslanan Azərbaycan iqtisadiyyatında bu il 1,5%-lik artım gözlənilir. Buna səbəb isə ölkənin bank sistemindəki aktivlərin keyfiyyətinin aşağı düşməsidir.
“2015-ci ilin fevral ayında Amerika dollarına nisbətdə 34% devalvasiyaya uğrayan manata təzyiq növbəti risk olacaq. Bununla yanaşı ehtiyatların səviyyəsi bu gün üçün sabitdir.
Müstəqil güclü tarazlıq dövlətin məqsədli likvidliyi və banklara maliyyə dəstəyini təmin etməyə qadir olduğunu göstərir. Banklar kapitalın daxili istehsalında məhdud imkanlara malikdirlər.
Buna baxmayaraq “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan bank sektorunun milli valyutanın əlavə 40%-lik devalvasiyaya tab gətirə biləcəyi kapitala sahib olduğunu bəyan edib.
Azərbaycan Beynəlxalq Bankı (ABB) bank sektorunda 35% paya malikdir və minimum kapital adekvatlığı tələbnaməsini (12%) yerinə yetirib. İlin sonuna qədər ABB-də bir dəfə kapital qoyuluşu və dəyərdən düşən aktivlərin satışı ehtimal olunur.
“Fitch” 2015-ci ildə bank sektorunun borc öhdəliklərinin artmayacağını proqnozlaşdırır.
Analitiklər bildirirlər ki, kreditlərə olan tələbatın da zəifləməsi prosesi 2016-cı ildə davam edəcək.
Bank sektorunun dəyərdən düşən aktivlərinin xüsusi çəkisinin ilin sonuna 10%-ə çatacağı gözlənilir.
Aktivlərin əlavə dəyərdən düşməsinə səbəb isə xarici valyutada olan kredit portfelinin 43% təşkil etməsi ilə bağlıdır.
Bunun səbəbi isə səhmdarların əksəriyyətinin xarici valyuta gəlirinin olmamasıdır.
Yerli valyutanın likvidliyinə dair potensial problemlərin azalması üçün 2015-ci ilin əvvəlindən Mərkəzi Bank banklara ABŞ dolları almaq üçün yardım edib. Mərkəzi Bank açıq mövqelər üzrə valyuta tələblərinin pozulmasına görə bağışlayır”, - təşkilatın Azərbaycan üzrə hesabatında deyilir.