Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Funt sterlinq avroya nisbətdə son 8 ilin ən aşağı səviyyəsində
İngilis funt sterlinqi avroya nisbətdə son 8 ilin ən aşağı səviyyəsinə düşüb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqından (AB) çıxış prosesi ilə əlaqədar funt sterlinq 1.08 avroya düşüb.
Britaniya pul vahidi 2009-cu ilin oktyabr ayından etibarən avroya nisbətdə bu qədər ucuzlaşmamışdı.
Analitiklər hesab edirlər ki, "Brexit" prosesinin iş dünyasında yaratdığı qeyri-müəyyənliklər funt sterlinqin dəyərdən düşməsinə səbəb olub.
Sterlinq ABŞ dollarına nisbətdə 0,33 faiz ucuzlaşaraq 1.2781 stelinq təşkil edib.
L.Ə.
Ən çox oxunanlar