Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Füzulidə inşa edilən bir sıra yerlərə baxış keçirilib
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun üzvləri Füzulidə bir sıra yerlərə baxış keçiriblər.
“Report” xəbər verir ki, onlar Özbəkistan Respublikası tərəfindən inşa edilən tam orta məktəbin, Qazaxıstan tərəfindən tikilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə baxış keçiriblər.
Bununla yanaşı, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Füzulidə tikdiyi evlərlə tanış olublar.
Xatırladaq ki, bu gün Füzuli Beynəlxalq Hava Limanında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası keçirilib.
"Füzuli" teqi üzrə xəbərlər
- Məhəmməd Füzuli elindən gələnlər Füzuli şəhəri barədə nə danışdılar?
- Şuşa yolunun və Zabuxçay su anbarının tikintisi başa çatıb
- Ceyhun Kərəmov: "Bu il peşə təhsili müəssisələrinə 25 min tələbə qəbulu həyata keçirilib"
- Füzuli peşə məktəbinin həbsdə olan sabiq direktoru azadlığa buraxıldı
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI