“Samsung Galaxy Note 7” – smartfondan daha üstün: bu innovativ cihaz sizə həyatdan istədiyiniz hər şeyi qazanmağa imkan yaradır.
“Galaxy Note 7”-ni hər cür hava şəraitində, hətta suyun altında belə isifadə etmək olur! Smartfon qum və tozun təsirindən qorunub, hətta 1,5 metrədək dərinlikdə 30 dəqiqəyə qədər çalışa bilir.
Smartfonlardakı məlumatlarımızın qorunmağa ehtiyacı var.
“Galaxy Note 7” ən rahat qorunma metodlarından olan göz bəbəyi skanerini təqdim edir. “IRIS Scanner” sistemi göz bəbəyinin rəngli qişasını skan edir və sizi məlumatlarınızı etibarlı müdafiəsi ilə təmin edir.

Smartfonunda çox məlumat saxlayanlar 256 GB-a qədər tutumlu əlavə MicroSD yaddaş kartı, 2 mobil operatorun xidmətindən istifadə etmək istəyənlər isə öz telefonlarına MicroSD kart yerinə əlavə SİM kart quraşdıra bilərlər.

Bu smartfonla siz professional səviyyədə şəkillər çəkə bilərsiniz. Güzgülü kamera sistemi (Dual Pixel) sayəsində “Galaxy Note 7” ilə çəkilən şəkillər maksimum dərəcədə gerçək və dolğun olur. Kamera işığa həssas F1.7 obyektivi və böyüdülmüş piksel ölçüsü ilə hər şəraitdə şəkil çəkməyə imkan yaradır: az işıqlı yerlərdən tutmuş ani hərəkətə qədər. Siz kameranızla hər anı çəkə bilərsiniz, nə istəsəniz, nə vaxt və harada istəsəniz.
“Galaxy Note 7” ən yeni proqram təminatları ilə işləyə bilmək üçün hazırlanmışdır. HDR keyfiyyətində videolar reallığı ilə fərqlənir, oyunlar isə Vulkan API əsasında yüksək qrafik görüntüyə malik olurlar. “Galaxy Note 7” ilə Siz azına razı olmamalısınız.
Siz də “Samsung”un bu innovativ cihazının ilk sahiblərindən biri olmaq üçün “Baku Electronics”, “Maxi.az”, “Kontakt” və “Samsung” brend mağaza şəbəkələrindən 50 manat ilkin ödəniş edərək öncədən sifariş edə bilərsiniz.
Avqustun 26-dan sentyabrın 15-nə qədər öncədən sifariş edən hər kəs virtual reallıq eynəyi Gear VR və 80 manat* dəyərində “Oculus” kontenti hədiyyə qazanacaq.
Daha ətraflı məlumat – Samsung Azerbaijan Facebook səhifəsində.
*vauçerin qiyməti 50 (əlli) ABŞ dolları ekvivalentindədir və aksiya müddəti ərzində məzənnənin dəyişilməsi ilə əlaqədar olaraq vauçerin manat qiyməti dəyişə bilər.