Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yol infrastrukturunun yenidən qurulması məqsədilə imzaladığı müvafiq sərəncamlar Gədəbəy rayonunda da icra olunur.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 27 min əhalinin yaşadığı və 11 yaşayış məntəqəsini birləşdirən, eni 6 metr, uzunluğu 11,4 kilometr olan Gədəbəy-Miskinli-Çalburun, həmçinin Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının açılışında iştirak edən rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov son illər dövlət başçısının diqqət və qayğısı sayəsində Gədəbəydə aparılan abadlıq və yenidənqurma işlərindən danışıb.
O, yeni yolların çəkilişini insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən növbəti tədbir kimi dəyərləndirib.
Tədbirdə iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.