Gəncənin nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün ilin sonunadək şəhərə orta tutumlu yeni avtobuslar gətiriləcək.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Azərbaycanın Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə regional şöbəsinin aparıcı məsləhətçisi İsa Quliyev regional “Kəpəz TV”nin efirindən bildirib.
Onun sözlərinə görə, istismar müddəti başa çatmış “Qazel” markalı köhnə avtobuslar “Hyundai” markalı yeni, müasir avtobuslarla əvəzlənəcək.
Beləliklə, cari ilin sonunadək Gəncənin ictimai nəqliyyat sistemində köhnə mikroavtobuslar qalmayacaq (Trend).