Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Gilan Holding”in adının dəyişdirilməsi ilə yaradılmış şirkət ləğv olunur
Bu ilin iyul ayında “Gilan Holding” MMC-nin adının dəyişdirilməsi ilə yaradılmış “Xəzri Solutions” MMC ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 ünvanına bildirə bilərlər.
“Xəzri Solutions” cəmi 160 manat nizamnamə kapitalına malikdir. Ona Mübariz Əhmədağa oğlu Hüseynov rəhbərlik edir.
Xatırladaq ki, “Gilan Holding” 2005-ci ildə dövlət qeydiyyatına alınıb.
"Dövlət Vergi Xidməti" teqi üzrə xəbərlər
- "Turan Tovuz" klubunun futbolçusu vergi borcu üzündən təlim məşq toplanışına yollanmayıb
- "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib
- İşdən çıxarılan vəzifəli şəxs Naxçıvan Ali Məclisini məhkəməyə verdi
- Bakıda milyonlarla manat vergidən yayınan MTK-lar hansılardır? - SİYAHI+SAHİBLƏRİ
- Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb
Ən çox oxunanlar