2016-cı ilin may ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 206 milyon 272 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 64 milyon 450 min manat, yaxud 45,44% çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) may ayı üzrə açıqladığı statistik məlumatda bildirilib.
“Mayda dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9 milyon 662 min manat, yaxud 24,34% artaraq 49 milyon 351 min manat olub.
Bundan başqa, ƏDV üzrə daxilolmaların həcmi 36 milyon 47 min manat və ya 39,04% artaraq 128 milyon 374 min manat, aksizlər 8 milyon 249 min manat, yaxud 103% artaraq 16 milyon 255 min manat, yol vergisi üzrə daxilolmalar isə 10 milyon 490,73 min manat artaraq 12 milyon 291 min manat təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az