Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a bildirilib.
Baxış zamanı gömrük nəzarətindən gizlədilmiş şəkildə 41 min ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ülviyyə R. Əli
www.oxu.az