Paytaxtımızda alıcılarımıza yaxşı tanış olan “Grandmart”, iyun ayının 4-də, Xəzər rayonu, şəhərin Aeroport – Mərdəkan şossesi, Binə Atçılıq Mərkəzi ilə üzbəüz yerləşən növbəti filialını paytaxt sakinlərinin ixtiyarına verib.
Saat 12:00-da baş tutan mağaza açılışını giriş sözü ilə açan kənd ağsaqqalı Hacı Vaqif alıcıları təbrik edərək, onlara uğurlar arzulayıb. Daha sonra isə qırmızı lent kəsilib.
Azərbaycanda 2002 - ci ildən fəaliyyət göstərən “Grandmart” Mağazalar Şəbəkəsi, bu dəfə də alıcıları üçün genişməhsul çeşidi,müxtəlif hədiyyələr təqdim edib.
Mağazada yüksək xidmətlə yanaşı, qida məhsulları və qeyri qida – kosmetik məhsullar, mətbəx üçün müxtəlif növ əşyalar, qablar, balacalar üçün oyuncaqlar, yataq dəstləri və bir çox başqa hədiyyəli kampaniyalar da var idi.
Kampaniyalar içində endirimlərlə yanaşı, “Birini alana, biri hədiyyə”, “iki al, bir ödə”,”üç al, iki ödə”, xeyli sayda hədiyyəli məhsullar və başqa maraqlı kampaniyalar təqdim edilib.
Açılış mərasimində tort kəsilib və gələn müştərilər üçün çay, kofe, sərin sular, dondurma paylanılıb.
“Grandmart” rəhbərliyi də öz növbəsində yeni filialların açılışının planlaşdırıldığını və paytaxt sakinlərinə keyfiyyətli məhsul və yüksək xidmət göstəriləcəyini söyləyib.