“Günəşli” yatağındakı 8-ci özüldən 34 nömrəli quyu qazmadan sonra istismara verilib.
Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 3380-3365 metr intervaldan sutkalıq 150000 kubmetr qaz və 16 ton kondensat hasilatı ilə istismar fonduna qəbul edilib.