“Günəşli” yatağındakı 14-cü özüldən 353 nömrəli quyuda qazma işlərinin aparılması üçün hazırlıq görülür.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, layihə dərinliyi 3100 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılacaq.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft və 15 000 kubmetr qazın hasil edilməsi nəzərdə tutulur.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.
Bundan əlavə, SOCAR-dan bildiriblər ki, “Günəşli” yatağı üçün inşa olunan 7 saylı özülün dayaq bloku layihə nöqtəsində quraşdırılıb.
Gülnarə Zeynalova
www.oxu.az