Bu günlərdə “Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündən qazılmış 28 nömrəli quyu istismara verilib.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.
“Quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 2674-2658 metr intervaldan sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir”, - deyə şirkətdən bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az