“Günəşli” yatağındakı 19-cu özüldən 37 nömrəli quyuda qazma işlərinə başlanılıb. Layihə dərinliyi 3650 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılır.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, geoloqların hesablamalarına görə, quyudan sutkada 15 ton kondensat və 150 000 kubmetr qaz hasil ediləcək.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.
Gülnarə Zeynalova
www.oxu.az