“Günəşli” yatağındakı 11-ci özüldən 307 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, layihə dərinliyi 3400 metr olan quyu “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 60 ton neft, 10 000 kubmetr qaz hasil ediləcək.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.
Gülnarə Zeynalova
www.oxu.az