“Günəşli” yatağındakı 13-cü özüldən 33 nömrəli quyuda qazma işləri davam etdirilir.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, layihə dərinliyi 3500 metr olan quyu “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına görə, quyudan sutkada 150 000 kubmetr qaz və 15 ton kondensat hasil ediləcək.
Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.
Gülnarə Zeynalova
www.oxu.az