Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gürcü ekspert: Bir təchizatçı istənilən halda yaxşı deyil
Energetik məsələlər üzrə Gürcüstan eksperti Revaz Arveladze hesab edir ki, Gürcüstan özünü bir neçə qaz təchizatçısı ilə təmin etməlidir, əsasən təchizatçı yalnız Azərbaycan deyil, eləcə də Rusiya olmalıdır.
Oxu.Az bu barədə “Neft Rossii”yə istinadən xəbər verir.
Sentyabrda Gürcüstanın enerji naziri Kaxa Kaladze “Qazprom”un nümayəndələri ilə görüş keçirib. Görüş haqqında danışarkən o, Rusiya qazının çatdırılma həcminin yalnız əgər Gürcüstanın o qazı Azərbaycan qazına rəqib olacaq qiymətə aldığı halda artırılacağı imkanını bildirib.
Amma bu danışıqları gürcü müxalifətinin nümayəndələri və bəzi KİV kəskin tənqid atəşinə tutublar. Gürcü müxalifəti sistematik olaraq gürcü hakimiyyətinin “Qazprom” ilə danışıqlara son qoyması tələbi ilə etiraz aksiyaları keçirir.
“Əgər Azərbaycandan alınan qaz kifayət etmirsə, yeganə çıxış yolu Rusiyadır. Bir təchizatçı istənilən halda yaxşı deyil.
Bizim bir təchizatçımız var idi – Rusiya, və söhbət daima diversifikasiya keçirib və digər ölkələrdən də qaz almaqdan gedirdi, son halda biz yalnız Azərbaycana yönləndik”, - Arveladze “Pirweli” agentliyinə deyib.
Onun sözlərinə görə, Gürcüstanın əlavə təchizatçısının olması labüddür, bu, müəyyən siyasi və ya digər səbəblər üzündən Azərbaycandan qaz alınması dayandırıldıqda ehtiyat variantının olması üçün lazımdır.
“Əgər Rusiya qazı Azərbaycandan daha ucuz qiymətə təklif edərsə, bu halda heç cür imtina etmək olmaz. Burdan çıxış edərək demək istəyirəm ki, siyasəti kənara qoyaq və qeyd edək ki, bir neçə təchizatçımız olsa yaxşı olar”, - ekspert əlavə edib.