2015-ci ilin əvvəlindən Gürcüstana 1,2 milyon nəfərdən artıq Azərbaycanlı səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstanın Qruziya Online nəşri yazıb.
Cari ilin əvvəlindən Gürcüstana ümumi səfər edənlərin sayı 5,4 milyon nəfəri ötüb ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 6,9% çoxdur. 11 ay ərzində isə bu ölkəyə gələn xarici turistlərin sayı isə 2,1 milyon nəfər olub ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 2% çoxdur.
Qeyd edək ki, Azərbaycan Gürcüstana ən çox səfər edən 3-cü ölkə olub.
Ülviyyə R. Əli
www.oxu.az