2013-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 303,12 milyon dollar təşkil edən 33,36 min minik avtomobili gətirilib.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın milli statistika idarəsinin saytında dərc olunmuş hesabatda deyilir.
Hesabatın məlumatlarına əsasən, Gürcüstandan Azərbaycana ixracın ümumi həcmində avtomobillərin xüsusi çəkisi göstərilmiş dövr ərzində 57,3%-ə çatıb.
2013-cü iliun yanvar-sentyabr aylalrında Gürcüstandan Azərbaycana 528,9 milyon dollarlıq yaxud da ölkənin hesabat dövrü ərzində ümumi ixracatının 26,2% qədər mal ixrac olunub.