Rusiyanın birinci kanalında yayımlanan “Qolos” vokal müsabiqəsində iştirak edən həmyerlimiz Fərid Əsgərov növbəti tura vəsiqə qazanıb.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Leonid Aqutinin komandasında yarışan Fərid Əsgərov dünən gecə canlı yayımda Yelena Maksimova ilə “İn your eyes” mahnısını ifa edib.
Aqutin sonda Yelena Maksimova ilə yarışmaya davam etmək istədiyini açıqlayıb.
Lakin həmyerlimiz yenə də müsabiqədə qala bilib.
Belə ki, yarışmanın qaydalarına uyğun olaraq digər münsif Dima Bilan onu öz komandasına daxil edib.