Cari ilin yanvar-may aylarında 2013-cü ilin yanvar-may ayı ilə müqayisədə Gürcüstandan Azərbaycana ixracat 10,4% (28 milyon dollar) azalaraq 240,4 milyon dollar olub. Bu isə Gürcüstan ixracatının ümumi həcminin 20,5%-dir.
Oxu.Az “Novosti Qruziya”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti (Qruzstat) bildirib.
Qruzstatın məlumatına görə 2014-cü ilin yanvar-may ayı ərzində Gürcüstandan Azərbaycana 121,7 milyon dollar məbləğində minik avtomobilləri gətirilib, bu isə 2013-cü ilin yanvar-may ayları üçün olan göstəricidən 30,7 milyon dollar azdır.
Hesabat dövrü üçün Azərbaycana 30 milyon dollarlıq armatur gətirilib, bu isə 2013-cü ilin yanvar-may ayı üçün olan məbləğdən 16,1 milyon dollar çoxdur.
Bundan başqa hesabat dövrü ərzində Azərbaycandan Gürcüstana idxalın həcmi artıb.
2014-cü ilin yanvar-may ayı ərzində 2013-cü ilin yanvar-may ayı üçün Azərbaycandan Gürcüstana olan idxalın həcmi 4% artaraq 249 milyon dollardan ibarət olub, bu isə Gürcüstana olan idxalın 7,5%-idir.
Neft qazlarının və təbii qazın idxalı bu dövr üçün 685,5 min ton, 133,8 milyon dollar məbləğindədir, bu isə 2013-cü ilin yanvar-may ayı üçün olan məbləğdən 23,1 milyon dollar çoxdur. Hesabat dövrü üçün Azərbaycandan Gürcüstana 80,1 milyon dollar məbləğində 88 min ton neft və neft malları göndərilib, bu isə 2013-cü ilin yanvar-may ayları üçün olan göstəricidən 9,6 milyon dollar azdır.
2014-cü ilin yanvar-may ayları ərzində Azərbaycan Gürcüstanın əsas ticarət partnyorları arasında ikinci yeri tutur. Gürcüstanın Azərbaycan ilə xarici ticarət dövriyyəsi bu dövr üçün 489, 4 milyon dollara yaxın olub, bu isə 2013-cü ilin yanvar-may ayı üçün olan göstəricidən 3,6% azdır. Azərbaycan ilə ticarət dövriyyəsi, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 10,9%-dir. (newsgeorgia.ru).