Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hadi Rəcəbli: Sosial məqsədlərə səkkiz milyard manat ayrılıb
Milli Məclisin (MM) daha beş komitəsinin birgə iclasında büdcə müzakirələrinə başlanılıb.
Oxu.Az-ın xəbərinə görə, birgə iclasa MM-in Əmək və sosial siyasət komitəsinin rəhbəri Hadi Rəcəbli sədrlik edir.
İclasda beş komitənin üzvləri ilə yanaşı, mədəniyyət naziri Əbülfəs Qarayev, Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə (nazir Samir Şərifov üzrlü səbəblərdən iclasa qatılmayıb) və digər rəsmi şəxslər iştirak edirlər.
H.Rəcəbli qeyd edib ki, dünyada gedən ağrılı proseslərə baxmayaraq, Azərbaycanda ictima-siyasi sabitlik mühitində sosial rifaha malik dövlət qurulur.
“Digər sahələrdə zaman-zaman azalmalar olsa da, son illər sosial sahəyə, sosial məqsədlərə vəsaitlər daim artırılır. 2019-cu ilin büdcəsində də bu aşkar hiss olunur. Növbəti ilin büdcəsində sosial məqsədlərə səkkiz milyard manatdan artıq vəsait ayrılıb. Bu da nəticə etibarilə büdcənin 33 faizini təşkil edir. Bu, böyük göstəricidir”, - deyə komitə sədri əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Milli Məclis" teqi üzrə xəbərlər
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Azərbaycanın 2024-cü ildə vəfat edən məşhurları
- Müstəqilliyin Konstitusiya Aktı: Azərbaycanın yol xəritəsi