Çərşənbə axşamı, investorların “qara qızıl”ın hasilatının azalmasını gözləməsi əsasında neftin dünya qiymətləri müsbət dinamikanı nümayiş etdirir, bunu satış məlumatları təsdiq edir.
Oxu.Az rus mətbuatına istinadən xəbər verir ki, mart fyuçerslərinə görə, Brent markalı neftin bir bareli üçün qiymət 0,42% artaraq 54,98 dollardan ibarət olub. WTI markalı neftin qiyməti 0,69% artaraq bir barel üçün 49,91 dollar olub.
İnvestorlar düşünür ki, neftin dünya qiymətlərinin ucuzlaşması “qara qızıl”ın hasilatının azalmasına və onun bazarda bolluğuna son qoyacaq.
Daha öncə The Telegraph nəşri bildirmişdi ki, dünya neft qiymətlərinin davamlı enməsi ilə əlaqədar bir sıra enerji şirkətləri xərclərin azaldılması qərarına gəlmişdi. Əsasən Britaniya neft-qaz şirkətləri BP və BG Group xərcləri 13,9 milyard funt sterlinq azaltdıqlarını elan etmək niyyətindədirlər. Yanvar ayında Britaniyanın Royal Dutch Shell şirkəti xərclərinin 15 milyard dollar ixtisar edilməsini məlumat verib.
Keçən ilin yayından neft kotirovkaları iki dəfədən çox, bir barel üçün – 110-dan 50 dollara qədər azalıb. Analitiklər “qara qızıl”ın dəyərinin kəskin ucuzlaşmasını bazarda xammalın artıqlığı ilə əlaqələndirirdilər. OPEK ölkələrinin noyabr ayının 27-dən qəbul etdikləri qərara əsasən, neftin hasilatı gün ərzində 30 milyon barel səviyyəsi qiymətlərin ucuzlaşmasını gücləndirir, Brent markalı neftin qiyməti yeni ildə artıq bir barel üçün 45 dollara qədər ucuzlaşmışdı.