Bu gün, mayın 18-də baş tutan valyuta hərracında dollara tələb təklifdən üstün olub.
Oxu.Az xəbər verir ki, Fins.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, bu dəfə Mərkəzi Bank hərraca əlavə vəsait çıxarıb.
Belə ki, bu gün Neft Fondu hərraca 35 milyon dollar çıxarıb. Həmin vəsaitin hamısı satılıb.
Ancaq bankların tələbi tam ödənilmədiyindən hərraca əlavə 12 milyon 850 min dollar çıxarılıb. Beləliklə, valyuta hərracında ümumilikdə 47 milyon 850 min dollar satılıb.
Qeyd edək ki, mayda keçirilən valyuta hərraclarının heç birində satışa çıxarılan məbləğ tam satılmamışdı. Bu dəfə hərracda valyutaya tələbin artması dolların məzənnəsini də bahalaşdırıb.
Xatırladaq ki, bugünkü hərracın nəticəsində manatın ortaçəkili məzənnəsi 1,7023 səviyyəsində formalaşıb.
12:42
Bu gün Azərbayacan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (SOFAZ) da iştirakı ilə hərrac keçirilib.
Bu barədə Oxu.Az-a AMB-dən bildirilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7023 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu gün manatın dollar qarşısında rəsmi məzənnəsi 1,7022 manat olub.
U.A.
www.oxu.az