Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
Oxu.Az xəbər verir ki, hərracda tələb 1 mlrd. 133,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
Bununla da depozit hərracında tələb təklifi 4,53 dəfə üstələyib.
L.Ə.
www.oxu.az