Heydər Əliyev prospekti köməkçi yol təmirə bağlanır.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılan təmir-bərpa işləri ilə əlaqədar Heydər Əliyev prospekti köməkçi yolda - şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
İşlərin 01.03.2015-ci il 18:00-a kimi yekunlaşdırılması nəzərdə tutulub.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.

E.Ə.
www.oxu.az