Oktyabrın 15-də Four Seasons Hotelində Huawei və Bakcell şirkətlərinin birgə ərsəyə gətirdiyi “Huawei & Bakcell LTE Kampaniyası”-nın açılışı üçün nəzərdə tutulmuş tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, şirkət rəhbərləri tədbirə gələn qonaqları salamlayaraq, kampaniya haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, kampaniya çərçivəsində Huawei Ascend Mate7, G7 və ya G620S telefonlarından birini alan hər kəs, telefonun qiymətinin iki mislini il ərzində Bakcell-dən danışıq dəqiqələri kimi əldə edəcək.
Tədbirin əsas hissələrindən biri də universitetə qəbul imtahanında yüksək bal toplamış tələbələrə Huawei smartfonları və Bakcell nömrələri verərək, hər iki şirkət adından onları təbrik etmək olub
Huawei və Bakcell şirkətlərinin nümayəndələri tələbələrin belə yüksək bal toplayaraq universitetə daxil olmaqlarını qiymətləndirdiklərini qeyd edərək, onları hədiyyələrlə mükafatlandırıb və hər birinə uğurlar arzulayıblar.
Açılış tədbirində tələbələr və əməkdaşlardan əlavə, tanınmış simalar, bloqqerlər və media nümayəndələri də iştirak edib.