Bu payızda “Huawei” şirkəti “Bakcell” ilə birlikdə Azərbaycanda ən böyük reklam kampaniyası keçirib – “Huawei” Bölgələr üzrə Kampaniya.
Bu kampaniya Azərbaycan regionlarının sakinlərinə “Huawei” telefonlarının imkan və funksiyaları ilə tanış olmaq fürsəti yaradıb.
Aksiyada qiymət və keyfiyyət baxımından öz qiymət seqmentlərində liderlik edən “Huawei Y5c” və “GR3” telefonlarının modelləri təqdim olunub. Telefonların yeni sahibləri “Bakcell” tərəfindən sərfəli internet-paketlər əldə ediblər.
“Y5c” modeli müasir və rahat bir smartfondur, aksiya zamanı onu 155 AZN-ə əldə edib, 6 ay ərzində hər ay “Bakcell” tərəfindən 1Gb internet almaq mümkündür.
“GR3” modeli – son nəsil əməliyyat sistemi olan bu model 4G interneti dəstəkləyir və 389 AZN dəyərindədir. Telefon sahibləri 6 ay ərzində hər ay “Bakcell” tərəfindən 2Gb internet paketi əldə ediblər.
“Huawei” komandası Azərbaycanın 28 bölgəsində qonaq olub, 50000-ə qədər adamı əhatə edərək 6500 km məsafə qət edib!
U.A.
www.oxu.az