Azərbaycanda səfərdə olan Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Tatyana Moskalkova Bakıda Xocalı abidəsini ziyarət edib.
Oxu.Az report-a istinadən xəbər verir ki, T.Moskalkova Xocalı soyqırımı qurbanlarına ehtiramını bildirib, abidə önünə əklil və güllər qoyulub.
Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkilini Azərbaycan Ombudsmanı Elmira Süleymanova müşayiət edib.
A.M.