Azərbaycan Prezidenti İlham Əliyev polkovnik Səftər Heydər oğlu Hacıyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına əsasən, polkovnik S.H.Hacıyev ordenlə Azərbaycan Respublikasına sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə təltif edilir.
Qeyd edək ki, o, prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi vəzifəsində çalışır.
N.O.