Cənubi Koreya avtomobil istehsalçı şirkəti “Hyundai Motor”un gəliri 2015-ci ilin 3-cü rübündə 25,3% azalaraq, 1,41 milyard dollardan 1,06 milyard dollara düşüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, şirkət azalmaya səbəb kimi inkişaf etməkdə olan ölkələrin valyutalarının zəifliyi, Cənubi Koreya vonunun dollar qarşısında dəyərdən düşməsi, bazarda rəqabətin güclənməsi ilə əlaqədar reklam və marketinq xərclərinin artmasını göstərib.
Hesabata görə, cari ilin 9 ayı ərzində şirkətin xalis mənfəəti 16,9% azalaraq, 4,4 milyard dollara düşüb. Satışların həcmi isə 2,3% artaraq, 49,46 milyard dollar təşkil edib.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində şikrət 3,53 milyon avtomobil realizə edilib ki, bu da ötən illə müqayisədə, 2,4% azdı.
Qeyd edək ki, bu şirkətin 2010-ci ildən bu yana, yəni son beş ildə açıqladığı ən aşağı rəqəmlərdir.
Ülviyyə R. Əli
www.oxu.az