İKT sektorunda gəlirlər 12% artıb
Gəlirlərin 60%-dən artıq mobil rabitənin payına düşüb.
Cari İlin əvvəlindən keçən yeddi ay ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara 862.3 milyon manatlıq xidmət göstərmişlər.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2013-cü ilin yanvar-iyuluna nisbətən informasiya və rabitə xidmətlərinin həcmi 12.4 faiz artmış, xidmətlərin 72.5 faizi əhaliyə göstərilmiş və əldə edilmiş gəlirin 78.6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür”, - deyilir məlumatda.
Qeyd edək ki, hesabat dövrü ərzində mobil rabitə xidmətlərindən 518,9 milyon manat əldə edilmişdir, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3% çoxdur.
Gülnarə Zeynalova
www.oxu.az