Kənd Təsərrüfatı layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidməti 2018-ci ilin yekunu üzrə hesabat verib.
Oxu.Az-ın məlumatına görə, xidmətin rəisi Mirzə Əliyev bildirib ki, 41 rayondan 151 fermerə 10 milyon manat kredit verilib.
Kredit alanların 84-ü heyvandarlıq, 19-u bağçılıqla məşğul olanlardır.
Dövlət Xidmətinin kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı, 19 kredit ittifaqında yerləşdirilib.
Kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması üçün dəyər zəncirinin formalaşdırılması məqsədilə fermer və sahibkarların təklif etdikləri 17 layihə təsdiqlənib və onlardan səkkizi ilə müqavilə imzalanıb.
İlhamə Abdullayeva
www.oxu.az
Oxu.Az yeniləndi!