Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.
Oxu.Az-ın xəbərinə görə, qanun layihəsi Azərbaycan Respublikasının 1996-ci il 17 may tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə uyğunlaşdırmaq və Milli Məclis haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsinə altı yeni dəyişikliyin edilməsi təklif olunur.
Dəyişikliklərdə Milli Məclisin həll etdiyi məsələlərdən Auditor Palatasının yaradılması məsələsinin çıxarılması, həmçinin, İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin baxdığı məsələlərdən Auditorlar Palatasının sədrinin və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxılmasının və bu barədə rəy verilməsinin çıxarılması nəzərdə tutulur.
Qeyd olunur ki, Hesablama Palatasının fəaliyyəti barədə illik hesabat parlamentin müzakirəsinə təqdim edilməzdən əvvəl buna Milli Məclisin müvafiq komitəsində baxılmalı və rəy verilməlidir.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin baxdığı məsələlərə əlavə olunur.
Eləcə də, gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl həmin məlumata baxılması və rəy verilməsi parlamentin İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin baxdığı məsələlərə əlavə olunur.
12:11
Bu gün Milli Məclisin (MM) payız (qış) sessiyası çərçivəsində sonuncu iclaslarından biri keçirilir.
Oxu.Az-ın xəbərinə görə, iclasın gündəliyinə 15 məsələ daxil edilib.
Gündəliyə bir sıra Sazişlərə, həmçinin, İnzibati Xətalar, Seçki, Mənzil məcəllələrinə dəyişikliklər məsələləri və başqa qanunvericilik aktları daxil edilib.
İclasda müzakirəsi gözlənilən sənədlər arasında “Ümumi təhsil haqqında” birinci oxunuşda olan qanun layihəsi də var.
Qeyd edək ki, MM-in sonuncu iclası dekabrın 28-də keçiriləcək və bununla parlamentin payız (qış sessiyası) öz işini başa vuracaq.
MM-in növbəti-2019-cu il yaz sessiyası isə fevralın 1-də başlayacaq.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!