Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsi haqqında” fərman imzalayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, fərmana əsasən SOFAZ-ın 2014-cü il büdcəsinin gəlirləri 11 626 943,4 min manat, xərcləri 11 349 934,8 min manat məbləğində təsdiq edilib.
Prezident “2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)” və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası”nı da təsdiqləyib.
SOFAZ-a bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bundan başqa, prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin gəlirləri 2 928 452 000,0 manat, xərcləri 2 928 452 000,0 manat məbləğində təsdiq edilib.
Hər iki Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.