Londonun “Apollo” teatrında ötən axşam eyvanın aşması nəticəsində azı 80 nəfər xəsarət alıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Sky News telekanalının verdiyi məlumata görə, insident yerli vaxtla 20.15-də (Bakı vaxtilə 00.15) baş verib.
Xəsarət alan tamaşaçıların hamısı artıq dağıntılar altından çıxarılıb.
Hadisə yerinə çoxlu sayda həkim və xilasedicilər cəlb olunub.