Bu ilin sonuna qədər Azərbaycanda arı ailələrinin sayının 600 minə çatdırılması gözlənilir.
Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilin sonuna qədər Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda arıçılıqla məşğul olanlara subsidiyalar verəcək:
“Stimullaşdırıcı tədbirlər hesabına ölkədə arı ailələrinin sayının iki dəfə artacağını proqnozlaşdırırıq. Bu gün Azərbaycanda 250-300 min arı ailəsi var. Bu rəqəmin 500-600 minə çatacağını gözləyirik”.
Arıçılıqla məşğul olanların etiketlə təchiz edilməsi məsələsində yaranan problemlərə də aydınlıq gətirən İ.Quliyev qeyd edib ki, ödənişlər bank vasitəsilə gerçəkləşdirilir:
“Hazırda etiketlər özəl şirkətlər tərəfindən 1,8 manata gətirilir. Ödənişlər isə bank vasitəsilə həyata keçirilməlidir. Odur ki, qiymət artıb”.
Könül Cəfərli
www.oxu.az