Dövlət Neft Fondu avqust ayında hərraca çıxardığı vəsaitin həcmini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Neft Fondu tərəfindən 2017-ci ilin avqust ayı ərzində 292,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
İyul ayında keçirilən valyuta hərraclarında ARDNF 253,2 mln. dollar satıb. İyun ayı ərzində 373,2 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
May ayında bu rəqəm 300,3, aprel ayı üzrə 220,8, mart ayı üzrə 250, fevral ayı üzrə 258,4, yanvar ayı ürzə 285 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, yanvar-avqust ayları ərzində ARDNF valyuta hərraclarında 2 mlrd. 233,52 mln. dollar satıb.
Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 mlrd. dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
L.Ə.